ABŞ Milli Qasırğalar Mərkəzinin məlumatında, üçüncü kateqoriyalı “Isaias” qasırğasının Florida ştatında, Destin şəhəri yaxınlığında quruya yayıldığı deyilir
ABŞ Milli Qasırğalar Mərkəzinin məlumatında, üçüncü kateqoriyalı “Isaias” qasırğasının Florida ştatında, Destin şəhəri yaxınlığında quruya keçdiyi deyilir.
Mərkəzin məlumatına əsasən, qasırğa zamanı küləyin maksimum sabit sürəti saatda 105 milə (təxminən 165 km/saat) çatıb.
Sonra qasırğa zəifləyərək tropik siklon üçün xarakterik əlamətlərini də itirib, bu səbəbdən də o, indi posttropik siklon kimi təsnif edilir.
ABŞ Milli Qasırğalar Mərkəzinin gecə dərc etdiyi son məlumatlara əsasən, küləyin sabit sürəti saatda 65 milə (təxminən 105 km/saat) çatır.
Qasırğa saatda 20 mil (təxminən 32 km/saat) sürətlə Cənubi Alabamadan keçərək şimala doğru hərəkət edir. Güclü külək və qəfil daşqın təhlükəsi ölkənin daxili ərazilərinə də yayılır.
Qasırğa ilə bağlı elan edilmiş bütün xəbərdarlıqlar ləğv olunub, lakin Florida körfəzi sahilinin bəzi hissələrində tropik fırtına və fırtına dalğalanması barədə xəbərdarlıqlar hələ də qüvvədə qalır.