ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard kəşfiyyat məlumatlarının sızmasına qarşı mübarizənin gücləndiriləcəyini bildirib

12:50, 15.03.2025

Fox News xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard kəşfiyyat sistemindən məlumatların yayılmasına qarşı mübarizənin gücləndiriləcəyini bildirib.

“Ölkəmizin kəşfiyyat xidmətləri bütünlüklə milli təhlükəsizlik missiyasına yönəlməlidir. Siyasi motivli məlumatların yayılması həm milli təhlükəsizliyi, həm də Amerika xalqının etibarını sarsıdır. Qabbard sosial şəbəkədə yaydığı bəyanatda “Belə hərəkətlərə dözülməz” deyib.

Onun sözlərinə görə, bu cür məlumatların sızması adi hadisəyə çevrilib ki, bu da keçmişdə nə araşdırma ilə nəticələnib, nə də kimsə məsuliyyətə cəlb olunub.

“Bu gündən etibarən dəyişəcək. Biz kəşfiyyat sistemindən məlumat sızdırmaqda məsul olan şəxslərdən xəbərdarıq və onların müəyyən edilməsi üçün fəal şəkildə işləyirik. Onların hamısı məsuliyyətə cəlb olunacaq”. – Qabbard qeyd edib.

ABŞ Milli Kəşfiyyat Direktoru həmçinin kəşfiyyat sistemindən məlumat sızması ilə bağlı bir neçə hadisəni, o cümlədən Huffington Post, Washington Post və NBC kimi media orqanlarına məxfi məlumatların yerləşdirilməsini sadalayıb.

Onun sözlərinə görə, kəşfiyyat sistemindən yayılan məlumatlara İsrail və İran və ABŞ-Rusiya münasibətləri haqqında məlumatlar daxildir.

Qabbardın sözlərinə görə, məxfi məlumatların icazəsiz yayılması qanun pozuntusudur və belə hərəkətlər müvafiq qaydada cəzalandırılacaq.

Oxşar