ABŞ Mərkəzi Komandirliyi – ABŞ ordusu koalisiya tərəfdaşları ilə birlikdə Qırmızı dənizdə Yəmənli “husiləri” tərəfindən buraxılan 15 pilotsuz uçuş aparatını vurub
ABŞ ordusu koalisiya tərəfdaşları ilə birlikdə Qırmızı dənizdə Yəmənli “husilər” tərəfindən buraxılan 15 pilotsuz uçuş aparatını vurub.
Yayılmış məlumata əsasən, İranın dəstəklədiyi “husilər” Qırmızı dəniz və Ədən körfəzində pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib.
“Koalisiya qüvvələri pilotsuz uçuş aparatlarını müşahidə edərək, onların ticarət gəmiləri, ABŞ Hərbi Dəniz Qüvvələri və koalisiya gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını müəyyən edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və təyyarələri, koalisiyanın çoxsaylı hərbi dəniz gəmiləri və təyyarələri ilə birlikdə 15 pilotsuz uçuş aparatını vurub. Bu əməliyyatlar naviqasiya azadlığını qorumaq və beynəlxalq suları daha təhlükəsiz etmək üçün həyata keçirilir”, – ABŞ Mərkəzi Komandirliyinin bəyanatında qeyd olunub.