ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ prezidentinin əmri ilə İrana qarşı yeni hava zərbələrinə başlanılıb

10:41, 19.07.2026

ABŞ prezidenti Donald Trampın əmri ilə İrana qarşı yeni hava zərbələrinə başlanılıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir.
“Zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya dəniz daşımalarına təhlükə yaratmaq imkanlarını daha da zəiflətmək, həmçinin ötən gecə İordaniyada ABŞ hərbçilərinə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrini operativ şəkildə cəzalandırmaqdır”, – deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, iyulun 17-də baş vermiş döyüş əməliyyatları zamanı İordaniyada iki amerikalı hərbçi həlak olub, daha biri isə itkin düşmüş hesab edilir.

Oxşar