ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ dəniz piyadaları Hörmüz boğazı yaxınlığında gəmilərdən birinə çıxıblar
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ dəniz piyadaları Hörmüz boğazı yaxınlığında gəmilərdən birinə çıxıblar.
Bildirilib ki, 11-ci Dəniz Piyadalarının Ekspedisiya Bölməsi yoxlama aparmaq məqsədilə Oman bayrağı altında üzən gəmiyə minib.
Bəyanatda deyilir:
“11-ci Dəniz Piyadalarının Ekspedisiya Bölməsinin hərbçiləri iyulun 16-da Oman körfəzində M/T Wen Yao tankerində yoxlama aparırlar. Hazırkı vaxta qədər ABŞ qüvvələri blokadanı yarmağa cəhd göstərən üç kommersiya gəmisinin marşrutunu dəyişdirib, tələblərə tabe olmayan bir gəmini zərərsizləşdirib və dəniz blokadasına tam əməl olunmasını təmin etmək məqsədilə daha bir gəmiyə nəzarəti ələ keçirib. Hörmüz boğazı və ona bitişik sular ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını pozmağa çalışan gəmilər istisna olmaqla, açıq və sərbəst olaraq qalır.”