ABŞ Mərkəzi Komandanlığı: “İslam İnqilabı Keşikçiləri Korpusu” İrandan ballistik raketlər buraxıb. Bu, ABŞ qüvvələrinə qarşı gözlənilməz hücum cəhdi olub. Bütün raketlər uğurla məhv edilib
“İslam İnqilabı Keşikçiləri Korpusu”nun qüvvələri İrandan bir neçə ballistik raket buraxıb. Bu, Yaxın Şərqdə yerləşdirilmiş ABŞ qüvvələrinə qarşı gözlənilməz hücum cəhdi idi. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, İrandan buraxılan bütün ballistik raketlər uğurla zərərsizləşdirilib.
“ABŞ qüvvələri ayıq-sayıqlığını qoruyur və yüksək döyüş hazırlığı vəziyyətində qalır”, – deyə ABŞ Mərkəzi Komandanlığının bəyanatında vurğulanıb.