ABŞ Mərkəzi Komandanlığı İraqda yanacaq doldurma təyyarəsinin düşməsi nəticəsində altı ekipaj üzvünün hamısının həlak olması haqda məlumat verir
ABŞ Mərkəzi Komandanlığı İraqda yanacaq doldurma təyyarəsinin düşməsi nəticəsində altı ekipaj üzvünün hamısının həlak olması haqda məlumat verir

 

İraqda yanacaq doldurma təyyarəsinin düşməsi nəticəsində altı ekipaj üzvünün hamısı həlak olub.

Bu haqda məlumatı ABŞ Mərkəzi Komandanlığı yayır.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı altı ekipaj üzvündən dördünün həlak olması haqda məlumat yaymışdı. Komandanlıq hadisənin səbəbləri ilə bağlı istintaq aparıldığını bəyan edib. Onların məlumatına əsasən, hadisə haqqında mərhumların qohumlarına məlumat verilməyənə qədər onların kimliyi 24 saat ərzində açıqlanmayacaq.

Mediada İran tərəfindən dəstəklənən İraq qruplaşması “İraq İslam Müqaviməti”nin ABŞ hərbi təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürdüyü haqda məlumat yayıldı. Qruplaşmanın bəyanatında KC-135 təyyarəsini “ölkənin suverenliyini və hava məkanını qorumaq üçün” vurduqları qeyd olunub.

Məlumat üçün bildirək ki, Amerika tərəfinin məlumatına görə, KC-135 hərbi təyyarəsi martın 12-də İraqda qəzaya uğrayıb. ABŞ Mərkəzi Komandanlığının izah etdiyi kimi, hadisə nə düşmən atəşi, nə də dost atəşi ilə bağlı olub.