ABŞ Mərkəzi Komandanlığı qırıcı təyyarənin Yaxın Şərqdə yerləşən hərbi bazadan havaya qalxmağa necə hazırlaşdığını əks etdirən şəkil paylaşıb

11:35, 07.11.2026

 

ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə yerləşən hərbi bazadan havaya qalxmağa hazırlaşan “A-10 Thunderbolt II” tipli qırıcı təyyarəni əks etdirən şəkil paylaşıb.

Şəkildə həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin işıqlı siqnal çubuqlarından istifadə edərək təyyarəyə istiqamət verən texniki qrupunun rəhbəri görünür.

Mərkəzi Komandanlıq nə bazanın yerləşdiyi yeri, nə də təyyarənin missiyasını açıqlayıb.

Sözügedən şəkil prezident Donald Trampın milli təhlükəsizlik komandası ilə keçirdiyi görüşlərdən sonra İrana qarşı hərbi zərbələrin bərpası imkanlarını müzakirə etməsi fonunda paylaşılıb.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla danışıqları davam etdirdiyini bildirib. O, danışıqlarla bağlı nikbinliyini ifadə edib.

“İranla bağlı işlər çox yaxşı gedir. Biz İranla danışırıq. Son altı-yeddi ay ərzində bir nəfər də olsun əsgərimizi itirməmişik. Hörmüz boğazı açıqdır; neftlə bağlı işgüzar əməliyyatlar heç vaxt olmadığı qədər aktiv şəkildə həyata keçirilir. Hər şey çox yaxşı gedir və biz onlarla danışırıq” – Tramp jurnalistlərə açıqlayıb.

Oxşar