ABŞ Mərkəzi Komandanlığı, Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni hücum dalğası həyata keçirdiyinə dair məlumat yayır
Amerika Birləşmiş Ştatları İrana qarşı yeni hücum dalğası həyata keçirib. Bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı yayır.
Bəyanatda qeyd olunub ki, zərbələr artıq doqquzuncu gecədir davam edir, hədəf isə İranın hərbi-dəniz kəşfiyyatı və hava hücumundan müdafiə obyektləri olub.
Zərbələr, həmçinin İranın hərbi komandanlıq mərkəzlərini, hava hücumundan müdafiə və sahil kəşfiyyatı məntəqələrini, dəniz imkanlarını və rabitə şəbəkələrini əhatə edib.
Bundan əvvəl, İraqın şimalında ABŞ hərbi qulluqçusunun vurulmuş İran döyüş dronundan qalmış partlamamış mərmini zərərsizləşdirərkən həlak olduğu barədə məlumat yayılmışdı.
Paralel olaraq, İran dövlət agentliyi İranın “düşmən hədəfləri” istiqamətində raketlər buraxması haqda məlumat verir.