ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru bəyan edir ki, Çin Rusiyaya letal silahların verilməsi məsələsini müzakirə edir

10:41, 26.02.2023

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru, Uiliam Berns bəyan edir ki, Çin Rusiyaya letal silahların verilməsi məsələsini müzakirə edir.

Söhbət dronlar və döyüş sursatından gedir, lakin elə onun dediyinə görə, Pekin yekun qərarını hələlik verməyib.

Çinin Rusiyaya silah tədarükü məsələsini müzakirə etdiyi barədə məlumatı, bu yaxınlarda “CNN” televiziyası anonim mənbələrə əsaslanaraq yaydı.

Oxşar