ABŞ Maliyyə Nazirliyinin rəhbəri – Hesab edirik ki, Ukrayna ilə faydalı qazıntılar üzrə saziş dünyaya, Rusiya rəhbərliyinə bizim bir yerdə olduğumuza dair mühüm siqnaldır
ABŞ-ın maliyyə naziri Skott Besant Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Besantın dediyi kimi, nadir faydalı qazıntılar üzrə saziş Ukraynaya müharibədən sonrakı təhlükəsizlik zəmanəti verəcək.
“Biz bu razılaşmanın çox vacib olduğunu düşünürük”. Hesab edirik ki, bu, dünyaya, Rusiya rəhbərliyinə bizim bir yerdə olduğumuza dair mühüm siqnaldır. Ukrayna hökuməti və xalqı ilə tərəfdaşlıqda iqtisadi öhdəliyimizi artırmaqla, bu münaqişə başa çatdıqdan sonra biz bütün ukraynalılar üçün uzunmüddətli təhlükəsizliyi təmin edəcəyik”. – Besant dedi.
Xəzinədarlıq Departamentinin rəhbəri də Trampın sözlərini təkrarlayıb ki, o, prezident olsaydı, bu müharibə olmazdı və Tramp bu müharibəni tez bir zamanda bitirmək istəyir.