ABŞ Konqresinin Nümayəndələr Palatası spikeri 11-ci səsvermədən sonra da seçə bilmədi
ABŞ Konqresinin Nümayəndələr Palatası spikeri yenə seçə bilmədi.
Qanunvericilər son üç gündə Kevi Makkartinin namizədliyinə 11 dəfə səsə qoydular, lakin o, kifayət qədər səsləri toplaya bilmədi. Makartiyə spiker seçilməsi üçün 218 səs lazımdır.
Respublikaçılar 435 yerlik Nümayəndələr Palatasına nəzarəti noyabrda keçirilən aralıq seçkilərdə götürdülər. Lakin Nümayəndələr Palatasının işi Respublikaçı qanunvericilər qrupunun spikeri seçilməzdən əvvəl dalana daxil olub.
“BBC”-nin yazdığı kimi, 1860-cı ildən bəri ilk dəfədir ki, Konqresin Aşağı Palatasına spiker seçilməsi üçün bu qədər səsvermə tələb olundu. 1860-cı ildə spiker seçmək üçün 44 tur səsvermə keçirmək lazım gəldi.