ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartini spiker seçdi
15-ci səsvermə nəticəsində, ABŞ Konqresinin Nümayəndələr Palatasında Kevin Makkartini spiker seçdilər.
Makkarti 216 deputatın səsini qazandı. Son 163 ildə bu, Konqresin tarixində ən uzun seçkilər idi. Eləcə də, Konqres tarixində ilk dəfə olaraq Demokratların lideri afroamerikan əsilli, Hakim Cefris oldu.
Prezident Co Bayden artıq Kevin Makkartini spiker seçilməsi münasibətilə təbrik etdi və onunla əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirdi. Keçmiş prezident Donald Tramp da Makkartini təbrik etdi.