ABŞ-ın Nümayəndələr Palatası İsrail və Ukraynanın maliyyələşdirilməsini nəzərdə tutmayan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib
ABŞ-ın Nümayəndələr Palatası İsrail və Ukraynanın maliyyələşdirilməsini nəzərdə tutmayan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib

ABŞ-ın Nümayəndələr Palatası hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib. 336 konqresmen qanun layihəsini dəstəkləyib, 95-i əleyhinə səs verib. İndi sənəd təsdiq üçün Senata göndəriləcək.

Dırnaq arası şatdaunun qarşısını almaq üçün, aralıq büdcə cari müvəqqəti büdcənin müddətinin başa çatdığı cümə günü gecə yarısına qədər təsdiqlənməlidir.

Təqdim olunan aralıq büdcə layihəsində yanvarın ortalarına qədər hökumətin işinin maliyyələşdirilməsi nəzərdə tutulur. Respublikaçıların təqdim etdiyi aralıq büdcəyə İsrail və ya Ukrayna üçün maliyyə vəsaiti daxil deyil.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ Konqresinin hər iki palatası 45 günlük müvəqqəti büdcəni təsdiqlədi və bu, ölkə hökumətinin fəaliyyətini dayandırmasına mane oldu. Cari müvəqqəti büdcənin müddəti oktyabrın 17-də başa çatır.