ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstanda görüşlər keçirəcək
ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstanda görüşlər keçirəcək

 

ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstanda görüşlər keçirəcək.

ABŞ-nin Gürcüstandakı səfirliyi tərəfindən yayılmış məlumatda deyildiyi kimi, nümayəndə heyətinin üzvləri Gürcüstanın rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşəcəklər.

“Konqresin əməkdaşlarından ibarət nümayəndə heyətinə Gürcüstanda ev sahibliyi etməkdən məmnunuq. Regional səfər çərçivəsində, nümayəndə heyətinin üzvləri Gürcüstanın rəsmi şəxsləri və müxalifət liderləri ilə görüşəcəklər. Həmçinin, Gürcüstandakı mövcud vəziyyətlə tanış olmaq üçün Tserovanidəki məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsini ziyarət edəcəklər” – ABŞ səfirliyinin məlumatında deyilir.