ABŞ Konqresinin Demokrat Partiyasının üzvləri USAID-in binaları yaxınlığında aksiyalar keçiriblər

19:32, 04.02.2025

 
ABŞ Konqresinin Demokrat Partiyasının üzvləri USAID-in binaları yaxınlığında aksiyalar keçiriblər.

Senat və Nümayəndələr Palatasından bir qrup demokratın USAID-in binasına daxil olmasına icazə verilməyib.

“Hill”in məlumatına əsasən, prezident Donald Trampın agentliyi bağlamaq siyasətinə qarşı çıxan demokrat qanunvericilər insidentsiz ərazini tərk ediblər.

Senator Kris Van Holenin rəhbərlik etdiyi qrupa USAID-in inzibati ofisinin görüş üçün əlçatan olmadığı deyilib. Van Holen qeyd edib ki, qanunvericilər Tramp administrasiyası və İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin USAID-i ləğv etməsini dayandırmaq üçün qanuni tədbirlər üzərində işləyirlər.

“Tramp və Maskın etdikləri təkcə yanlış deyil, həm də qanunsuzdur. USAID Konqresin aktı ilə yaradılıb və yalnız Konqresin aktı ilə ləğv edilə bilər” – demokrat Don Beyer bildirib.

Oxşar