ABŞ Konqresi Rusiyadan "ən çox üstünlük verdiyi" ticarət partnyoru statusunun əlindən alınmasını dəstəklədi
ABŞ Konqresi Rusiyadan “ən çox üstünlük verdiyi” ticarət partnyoru statusunu əlindən alacaq və neft importunu qadağan edəcək.
“Reuters”-in məlumatına görə, ABŞ Konqresinin Senatında hər yüz senator Rusiya və Belarusa qarşı daha sərt iqtisadi tədbirlərin görülməsini dəstəklədi.
Senatdan sonra qanunlayihə Nümayəndələr Palatasına göndərildi, burada 420 qanunverici üçünə qarşı, Rusiyanın ticarət statusundan məhrum edilməsini dəstəklədi, neftin importunun məhdudlaşdırılmasını 413 konqressmen dəsətklədi, doqquzu isə, əleyhinə çıxdı.
Prosedura görə, qanun layihəsini bu tədbirləri dəstəklədiyi məlum olan ölkə prezidenti, Co Bayden imzalamalıdır.