ABŞ kəşfiyyatının məlumatına əsasən, Rusiya prezident seçkilərində Donald Trampın, İran isə Kamala Harrisin qalib gəlməsində maraqlıdır
ABŞ kəşfiyyatının məlumatına əsasən, Rusiya prezident seçkilərində Donald Trampın, İran isə Kamala Harrisin qalib gəlməsində maraqlıdır.
Bu haqda məlumatı “Amerikanın Səsi” yayır.
Məqaləyə əsasən, Amerika Birləşmiş Ştatlarının Milli Kəşfiyyat Ofisinin direktorunun son hesabatından aydın olur ki, ABŞ seçkilərinə təsir cəhdləri hallarının əksəriyyəti Rusiya, İran və Çinlə bağlıdır.
ABŞ kəşfiyyatında hesab edirlər ki, Rusiya və İranın ABŞ prezident seçkilərində fərqli favoritləri var. Xüsusilə, Rusiya Trampın seçkidə qalib gəlmək üçün daha çox şansının olmasına yönəlmiş kampaniya aparır, İranın səyləri isə Kamala Harrisin kampaniyasını dəstəkləməyə yönəlib.
ABŞ-nin xüsusi xidmətlərinin məlumatına əsasən, kənar oyunçuların öz kampaniyalarını davam etdirəcəkləri və seçki nəticələrinin etibarlılığını şübhə altına alacaqları gözlənilir.
Kəşfiyyat xidmətlərinin məlumatına əsasən, Rusiya, Çin və Kuba eləcə də ayrı-ayrı ştatlarda yerli hakimiyyət orqanları seçkilərində iştirak edən namizədlərə qarşı kampaniya aparırlar.