ABŞ Karib dənizində Venesuela ilə əlaqəli "kölgə donanması"nın daha bir tankerini saxlayıb
ABŞ Karib dənizində Venesuela ilə əlaqəli "kölgə donanması"nın daha bir tankerini saxlayıb

 

ABŞ Karib dənizində Venesuela ilə əlaqəli “kölgə donanması”nın daha bir tankerini saxlayıb.

Bu haqda məlumatı “Reuters” yayır.

ABŞ Hərbi Qüvvələrinin Cənub Komandanlığı səhər tezdən keçirilən əməliyyatı təsdiqləyib və ABŞ qüvvələrinin “Sagita” tankerini “insidentlər olmadan” saxladığını bəyan edib.

“Biz qəti şəkildə qərar vermişik ki, Venesueladan çıxan neftin lazımi şəkildə və qanuni olaraq koordinasiya olunmasını təmin edək” – Cənub Komandanlığının bəyanatında deyilir.

“Reuters”in yazdığı kimi, bu, 2025-ci ilin dekabr ayının ortalarından bəri ABŞ-nin ələ keçirdiyi Venesuela nefti daşıyan yeddinci gəmidir.