ABŞ İranın nüvə obyektlərini bombaladı
ABŞ İranın nüvə obyektlərini bombaladı

ABŞ İranın nüvə obyektlərinə hava hücumu təşkil edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Biz İranda çox uğurlu bir hücumu tamamladıq, üç əsas nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana zərbələr endirildi. Bütün təyyarələr artıq İranın hava məkanından kənardadır. Bombaların tam dəsti əsas obyekt olan Fordoya atılıb. Bütün təyyarələr təhlükəsiz şəkildə vətənə qayıdır. Böyük Amerika döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır!” – deyə ABŞ Prezidenti qeyd edib.