ABŞ İranın bir neçə bölgəsinə hava zərbələri endirib
Ötən gecə ABŞ İrana hava zərbələri endirib. Bombardmanların yenidən başlanmasının on birinci gecəsində rəsmi Vaşinqtonun hədəfləri Tehran, Təbriz, Çabahar və Konarak şəhərləri olub. Partlayışlar İranın atom elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərində də qeydə alınıb.
Hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ABŞ qüvvələri İranın hərbi əməliyyat mərkəzlərini, hərbi-dəniz imkanlarını, pilotsuz uçuş aparatlarının (PUA) anbarlarını və hərbi logistika infrastrukturunu hədəfə alaraq zərbələr endirib.
Reuters agentliyinin məlumatına görə, partlayış səsləri ölkənin paytaxtında da eşidilib. Lakin hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.