ABŞ İran vətəndaşlarını Hörmüz boğazı yaxınlığındakı limanlardan uzaq durmağa çağırır
ABŞ İran vətəndaşlarını Hörmüz boğazı yaxınlığındakı limanlardan uzaq durmağa çağırır

 

ABŞ İran vətəndaşlarını Hörmüz boğazı yaxınlığındakı limanlardan uzaq durmağa çağırır. Bu haqda “BBC” yazır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda yaşayan mülki əhaliyə Hörmüz boğazı yaxınlığındakı İran dəniz qüvvələrinin fəaliyyət göstərdiyi bütün limanlardan “dərhal uzaq durmağa” dair xəbərdarlıq edir.

Bəyanatda deyilir ki, İran rejimi mülki limanlardan “hərbi əməliyyatlar üçün istifadə edir”, bu da beynəlxalq dəniz hərəkəti üçün təhlükə yaradır.

“Bu təhlükəli hərəkət günahsız insanların həyatına təhlükə yaradır” – bəyanatda qeyd olunub.

Bununla yanaşı, bəyanatda hərbi məqsədlər üçün istifadə edilən mülki limanların qorunan statusunu itirdiyi və “beynəlxalq hüquqa əsasən qanuni hərbi hədəflərə” çevrildiyi deyilir.