ABŞ-ın Ukraynadakı Səfirliyi - vətəndaşları Ukraynaya getməməyə, artıq Ukraynada olanları isə, dərhal ölkəni tərk etməyə çağırırıq
ABŞ-ın Ukraynadakı Səfirliyi - vətəndaşları Ukraynaya getməməyə, artıq Ukraynada olanları isə, dərhal ölkəni tərk etməyə çağırırıq

Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə hücumundan sonra, Amerika Birləşmiş Ştatlarının Ukraynadakı Səfirliyi vətəndaşları Ukraynaya getməməyə və artıq ölkədə olan amerikalıları Ukraynanı tərk etməyə çağırır.

“Rusiyanın hücumlarına görə bütün Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməzdir. Amerika Səfirliyi vətəndaşları Ukraynaya getməməyə çağırır. Artıq Ukraynada olanları isə, dərhal ölkəni tərk etməyə çağırırıq”, – Səfirliyin yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, dünən Rusiya Ukraynanın Vinnitsa şəhərinə raket hücumu həyata keçirdi. Son məlumatlara görə, uşaqlar da daxil olmaqla 23 nəfər həlak oldu. 100-dən çox dinc vətəndaş yaralanıb, onlardan 54-nün vəziyyəti ağırdır.