ABŞ-ın Ukraynadakı səfiri bəyan edir ki, ABŞ Rusiyanı terrorizmin dövlət sponsoru elan etməyi ciddi şəkildə müzakirə edir
ABŞ-ın Ukraynadakı səfiri bəyan edir ki, ABŞ Rusiyanı terrorizmin dövlət sponsoru elan etməyi ciddi şəkildə müzakirə edir

ABŞ-da Rusiyanı terrorizmin dövlət sponsoru elan etməyi ciddi şəkildə müzakirə edirlər.

Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink “Azadlıq” radiosuna müsahibəsində bəyan etdi.

“Rusiyanın terrorizmin sponsoru dövlət kimi elan edilməsinə gəldikdə, biz məsələni nəzərdən keçiririk,bu Amerika qanunlarına uyğun olaraq diqqətlə təhlil tələb edir. Biz bütün mövcud vasitələrdən istifadə edirik, o cümlədən belə bir sponsor olan ölkəyə qarşı istifadə ediləcək bir çox vasitələrdən. Lakin, biz də belə bir bəyanatı ciddi qəbul edirik və qanunlarımıza uyğun olaraq Rusiyanı məsuliyyətə cəlb etməyə davam edəcəyik”, – Brink bəyan etdi.

Səfir xüusilə qeyd etdi ki, ABŞ öz partnyorları ilə birlikdə Rusiyaya qarşı görünməmiş sayda sanksiyalar tətbiq edib və bunu gələcəkdə də davam etdirəcək.