ABŞ-ın şərq sahilində, Vermont ştatında yerli vaxtla saat 05:00-da ilk seçki məntəqələri açılıb
ABŞ-ın şərq sahilində, Vermont ştatında yerli vaxtla saat 05:00-da ilk seçki məntəqələri açılıb, bu da o deməkdir ki, 2024-cü ilin prezident seçkiləri rəsmən başladı. Növbəti saatlarda seçki məntəqələri digər ştatlarda da açılacaq.
Bundan əvvəl hər iki namizədin bərabər səs aldığı Nyu-Hempşir ştatında yerləşən Diksvil Noç qəsəbəsində prezident seçkilərinin ilkin nəticələri məlum oldu.
ABŞ-Kanada sərhədi yaxınlığındakı qəsəbədə gecə yarısı səsvermə ənənəsi 1960-cı ildə başlayıb. Dörd il əvvəl o vaxtkı vitse-prezident Co Bayden qəsəbədə 5 səs qazanıb, bu da onun Donald Tramp üzərində qələbə yolunda mühüm an idi.