ABŞ-ın Səfirliyi: 11 sentyabr terror hücumlarından 25 il ötür. Təsəvvürəgəlməz şər qarşısında biz bütün dünyaya göstərdik ki, heç vaxt geri çəkilməyəcək və heç vaxt təslim olmayacağıq
Bu gün 2001-ci il 11 sentyabr terror hücumlarından 25 il ötür. 2 977 insanın həyatına son qoyan və Amerikanı əbədi olaraq dəyişdirən bu faciə ilə bağlı ABŞ-ın Səfirliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
“25 il sonra da biz həlak olanların xatirəsini, bu faciə zamanı göstərilən qəhrəmanlığı və Amerika ruhunun mətanətini ehtiramla yad edirik.
Təsəvvürəgəlməz şər qarşısında amerikalılar bütün dünyaya göstərdilər ki, biz heç vaxt geri çəkilməyəcək, heç vaxt sınmayacaq və heç vaxt təslim olmayacağıq”.