ABŞ-ın Qlobal Media Agentliyi “Azadlıq Radiosu” üçün qrantın ləğv edilməsi haqqında qərarını geri götürüb, sənədə əsasən, agentlik gələcəkdə qrantı ləğv etmək hüququnu özündə saxlayır

18:52, 27.03.2025

 

 

ABŞ hakimiyyəti “Azadlıq Radiosu”nun maliyyələşdirilməsini bərpa edəcək.

ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) “Azadlıq Radiosu Avropa/Azadlıq Radiosu” üçün qrantın ləğv edilməsi haqqında martın 15-də qəbul etdiyi qərarını geri götürüb.

Bu haqda agentliyin rəhbərinin baş müşaviri Keri Leykin imzaladığı məktubda deyilir. Beləliklə, qrant müqaviləsi yenidən qüvvədədir.

Bununla yanaşı, sənəddə qeyd olunub ki, ABŞ-ın Qlobal Media Agentliyi gələcəkdə qrantı ləğv etmək hüququnu özündə saxlayır.

Məlumat üçün bildirək ki, sözügedən qrant ləğv edildikdən sonra media holdinq agentliyə qarşı məhkəmədə iddia qaldırıb və maliyyə vəsaitinin müvəqqəti bərpasına nail olub.

2025-ci ilin oktyabrına qədər “Azadlıq Radiosu” federal hökumətdən daha 77 milyon dollar almalıdır.

Oxşar