ABŞ-ın Miçiqan ştatında supermarketə hücum nəticəsində 11 nəfər yaralanıb
ABŞ-ın Miçiqan ştatında supermarketə hücum nəticəsində 11 nəfər yaralanıb

Miçiqan ştatının Traverse City şəhərindəki bir supermarketə edilən hücum nəticəsində 11 nəfər xəsarət alıb.

Hücum edən şəxs zərərçəkənlərə soyuq silahla xəsarət yetirib. 42 yaşlı şübhəli şəxs hazırda həbs olunub.

Yaralılardan altısının vəziyyəti kritik dərəcədə ağır, beşininki isə ciddi ağır olaraq qiymətləndirilir.

Hücumun motivi hələlik məlum deyil.