ABŞ-ın mərkəzi və cənub ştatlarında güclü çovğun və şaxta hökm sürür, ölkənin 18 ştatında fövqəladə vəziyyət elan edilib
ABŞ-ın mərkəzi və cənub ştatlarında güclü çovğun və şaxta hökm sürür, ölkənin 18 ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın mərkəzi və cənub ştatlarını güclü çovğun və şaxta bürüyüb. Ölkənin 18 ştatında fövqəladə vəziyyət elan olunub.

“CNN”in məlumatına görə, buz örtüyü Texasdan başlayaraq ən şimalda yerləşən Meyn və Nyu-Hempşir ştatlarınadək geniş ərazini əhatə edib. Rekord səviyyədə şaxta səbəbindən yağış şəklində yağan yağıntı yerə düşən kimi buz qatına çevrilir. Vəziyyəti güclü külək daha da ağırlaşdırır.

Təbii fəlakət indiyədək təxminən 15 min aviareysin ləğvinə səbəb olub. Sinoptiklər növbəti həftə ərzində də temperaturun sıfır dərəcədən aşağı olacağını proqnozlaşdırırlar.