ABŞ-ın Mərkəzi Komandanlığının məlumatına görə, Küveytin hava hücumundan müdafiə qüvvələri səhvən üç Amerika qırıcı təyyarəsini vuraraq salıb
ABŞ-ın Mərkəzi Komandanlığının məlumatına görə, Küveytin hava hücumundan müdafiə qüvvələri səhvən üç Amerika qırıcı təyyarəsini vuraraq salıb

Küveytin hava hücumundan müdafiə qüvvələri səhvən üç Amerika qırıcı təyyarəsini vuraraq salıb – bu barədə məlumatı Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı yayıb.

Bildirilib ki, bu gün səhər baş verən insident zamanı üç ədəd F-15 tipli qırıcı Küveytin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

“Küveyt bu insidenti etiraf edib və biz Küveytin müdafiə qüvvələrinin səylərinə və davam edən əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq. Altı ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə katapult edib, onlar xilas olunaraq təhlükəsiz yerə çatdırılıb və vəziyyətləri stabildir”, – deyə bəyanatda bildirilir.