ABŞ-ın Mərkəzi Komandanlığından bildirilib ki, Amerika qüvvələri İrana qarşı əlavə zərbələr endirməyə başlayıb
ABŞ-ın Mərkəzi Komandanlığından bildirilib ki, Amerika qüvvələri İrana qarşı əlavə zərbələr endirməyə başlayıb.
“Bu gün Şərq vaxtı ilə saat 17:00-da ABŞ Mərkəzi Komandanlığının qüvvələri İranın Hörmüz boğazında mülki dənizçilərə və kommersiya gəmilərinə sərbəst hərəkət zamanı hücumlar həyata keçirmək imkanlarını daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə zərbələr endirməyə başlayıb. Ali baş komandan İran qüvvələrinin öz hərəkətlərinə görə məsuliyyət daşıması üçün bu zərbələrin həyata keçirilməsi barədə göstəriş verib”, – deyə ABŞ Mərkəzi Komandanlığından bildirilib.
Qeyd edək ki, Hörmüz boğazında gərginlik İranın ticarət gəmisinə hücumundan sonra yaranıb. Bununla yanaşı, Vaşinqton və Tehran boğazda dəniz hərəkətinin vəziyyəti ilə bağlı bir-birinə zidd açıqlamalar yaymaqda davam edir.