ABŞ-ın Mərkəzi Komandanlığında bildiriblər ki, İrana doğru hərəkət edən, Panama bayrağı altında üzən yük gəmisinə iki raket atılıb və gəmi dayandırılıb

10:19, 12.08.2026

ABŞ-ın Mərkəzi Komandanlığından bildirilib ki, amerikalı hərbçilər İrana doğru hərəkət edən, Panama bayrağı altında üzən yük gəmisinə iki raket ataraq onun hərəkətini dayandırıblar.
Raketlər gəminin mühərrisinə dəyib və idarəetmə sisteminə ziyan vurub.
ABŞ Mərkəzi Komandanlığının açıqlamasına görə, gəmi Oman körfəzindən keçərək İrana getməyə və ABŞ tərəfindən İrana qarşı tətbiq olunan blokadanı pozmağa çalışıb.
ABŞ hərbçiləri İran limanlarına giriş-çıxış blokadasını iyul ayında, ABŞ və İran arasında əldə edilmiş müvəqqəti atəşkəsin pozulmasından sonra yenidən tətbiq ediblər.

Oxşar