ABŞ-ın cənubunda və mərkəzində tornadolar azı 19 nəfərin həyatına son qoyub
ABŞ-ın cənub və mərkəzi ştatlarında tornadolar azı 19 nəfərin həyatına son qoyub.
Missuri, Arkanzas, Texas və Oklahoma ştatlarında təbii fəlakət qurbanlarının olduğu bildirilir. Bu ştatlarda daha da ağır hava şəraiti proqnozlaşdırılır. Missisipi ştatının mərkəzi, Luiziananın şərqi və Tennessinin qərbi üçün daşqın xəbərdarlığı edilib.
Bu arada Gürcüstanın qubernatoru təhlükəli hava şəraitinin ştata çatacağı gözlənildiyi üçün fövqəladə vəziyyət elan edib. KİV-in məlumatına görə, dolu, güclü külək və daşqın gözlənilir.