ABŞ-ın İrandakı səfirliyi amerikalıları İslam Respublikasını dərhal tərk etməyə çağırıb – “İrandan çıxış planınız ABŞ hökumətinin köməyindən asılı olmasın”
ABŞ-ın İrandakı virtual səfirliyi rəsmi saytında amerikalılara İslam Respublikasını dərhal tərk etmələri ilə bağlı çağırış edib.
Bəyanatda deyilir:
“İranı dərhal tərk edin. İrandan çıxmaq üçün ABŞ hökumətinin köməyindən asılı olmayan bir planınız olsun”.
Qeyd olunub ki, İranı tərk etmək imkanı olmayan ABŞ vətəndaşları təhlükəsiz yer tapmalı, ərzaq və su ehtiyatı toplamalı, həmçinin zəruri dərmanlarla təmin olunmalıdırlar.
Bildirilir ki, ABŞ vətəndaşları İranda sorğu-sual, həbs və saxlanılma baxımından ciddi risk altındadırlar. ABŞ pasportunun təqdim edilməsi və ya ABŞ-la əlaqələrin nümayiş etdirilməsi İran hakimiyyəti üçün şəxsin saxlanılması üçün kifayət qədər əsas ola bilər.