ABŞ-ın hücumuna cavab olaraq İran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına zərbələr endirib

13:14, 02.09.2026

ABŞ-ın hücumuna cavab olaraq İran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına zərbələr endirib.

İran mediasının məlumatına görə, dronlarla hücum “Göy gurultusu əməliyyatı”nın 30-cu dalğası çərçivəsində həyata keçirilib.

İran ordusunun açıqlamasına görə, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dhafra və Əl-Minhad aviabazalarında radar sistemləri və ABŞ qüvvələrinin yerləşdiyi ərazilər hədəfə alınıb.

İran mediasının məlumatına görə, Bəhreyndəki Şeyx İsa aviabazasında ABŞ qüvvələrinə məxsus radar qurğuları və şəxsi heyətin toplanış məntəqələri hücumun hədəfi olub.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) isə bildirib ki, Küveytdəki Əli Əl-Salem aviabazasında ABŞ hərbçilərinə raket və dronlarla hücum edilib.

Oxşar