ABŞ-ın Gürcüstandakı səfirliyi işğal altındakı Abxaziyanın Qali Rayonunun Saberio kəndində baş vermiş faciə ilə bağlı kədərini ifadə edir
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi işğal altındakı Abxaziyanın Qali Rayonunun Saberio kəndində baş vermiş faciə ilə bağlı kədərini ifadə edir.
“Amerika Birləşmiş Ştatlarının səfirliyi işğal altındakı Qali Rayonunun Saberio kəndində faciəvi şəkildə həlak olan uşaqların ailəsinə, yaxınlarına və gürcü xalqına dərin hüznlə başsağlığı verir” – bəyanatda deyilir
Rusiya tərəfindən işğal edilmiş Qali Rayonunun Saberio kəndində 5 uşaq yanğında həyatını itirib.