ABŞ-ın Federal Təhqiqatlar Bürosunda Nyu Orlean və Las Veqasda baş vermiş hadisələr arasında hazırda heç bir əlaqənin görünmədiyini bildirirlər

22:15, 02.01.2025

 
ABŞ-ın Federal Təhqiqatlar Bürosunda bildirirlər ki, heç nəyi istisna etmək olmaz, lakin Nyu Orlean və Las Veqasda baş vermiş hadisələr arasında hazırda heç bir əlaqə görünməyib.

Bununla yanaşı, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktor köməkçisinin müavini Kristofer Raianın bəyanatına əsasən, Nyu Orleanda hücumun təhqiqatı zamanı şübhəlinin üç mobil telefonu və iki əldəqayırma partlayıcı qurğu tapılıb.

Həmçinin, ABŞ-ın Federal Təhqiqatlar Bürosunda Nyu Orleanda baş vermiş hücumun terror aktı kimi təsnif edildiyini bildirirlər.

Xatırladaq ki, Las-Veqasda Donald Trampın mehmanxanası yaxınlığında “Tesla”nın “Cybertruck”ı partlayıb, nəticədə avtomobilin sürücüsü həlak olub, 7 nəfər xəsarət alıb. ABŞ-da, Nyu Orleanda yük avtomobilinin izdihamın üzərinə sürülməsi nəticəsində azı 10 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Oxşar