ABŞ-ın Federal Təhqiqatlar Bürosu – Nyu Orleanda baş vermiş hücum terror aktı, əvvəlcədən düşünülmüş bəd əməl idi

22:27, 02.01.2025

 
ABŞ-ın Federal Təhqiqatlar Bürosunda Nyu Orleanda baş vermiş hücumun terror aktı olduğunu bildirirlər.

“Mənim məqsədim istintaqla əlaqədar sizə mümkün qədər tez məlumat verməkdir. İlk növbədə, icazənizlə bu məsələ ilə bağlı açıq şəkildə deyim ki, bu terror aktı idi. Bu, əvvəlcədən düşünülmüş və bəd əməl idi” – ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktor köməkçisinin müavini Kristofer Raia bildirib.

Raia deyib ki, hücumçu ehtimal ki, tək başına hərəkət edib.

ABŞ-da, Nyu Orleanda yük avtomobilinin izdihamın üzərinə sürülməsi nəticəsində azı 10 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Oxşar