ABŞ-ın federal hakimi Donald Trampın federal maliyyəni kəsmək əmrini müvəqqəti olaraq bloklayıb

10:10, 29.01.2025

ABŞ-ın federal hakimi Donald Trampın federal maliyyəni kəsmək əmrini müvəqqəti olaraq bloklayıb.

Hakim qərarın qüvvəyə minməsinə bir neçə dəqiqə qalmış qərar verib.

Hakimin qərarına əsasən, Tramp administrasiyasının fevralın 3-ü ABŞ vaxtı ilə saat 17:00-a qədər mövcud maliyyələşdirmə proqramlarını dayandırmaq hüququ yoxdur.

Bu qərar federal hökumət tərəfindən artıq maliyyə ayrılmış proqramlara şamil edilir.

Məlumat üçün bildirək ki, İdarəetmə və Büdcə İdarəsinin rəhbəri vəzifəsini icra edən Tramp administrasiyası bütün qrant və kreditləri nəzərdən keçirənə və onların prezidentin prioritetlərinə uyğun olub-olmadığını müəyyən edənə qədər federal maliyyələşdirmənin dayandırılacağını bildirib. Maliyyələşdirmənin dondurulması xarici yardımlara və qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitlərə də aiddir.

Oxşar