ABŞ-ın ən böyük hərbi gəmilərindən biri Litvaya gəldi

16:06, 21.08.2022

ABŞ-ın ən böyük hərbi gəmilərindən biri Litvaya gəldi. Bu barədə sosial şəbəkədə Litva Hərbi və Hərbi Dəniz Qüvvələri məlumat yayır.

Amerikanın “USS Kearsarge” amfibiya hücum gəmisi avqustun 20-də Klaypeda limanına daxil oldu.

ABŞ-ın Litvadakı Səfirliyinin məlumatına görə, Amerika gəmisi Litvaya NATO müttəfiqləri ilə həmrəylik və birlik nümayiş etdirmək üçün gəldi.

“USS Kearsarge”=nin uzunluğu 257,3 metr, eni isə 60,1 metrdir. Gəminin ekipajı 2000-dən çox insandan ibarətdir.

Oxşar