ABŞ-ın dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb
ABŞ-ın dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.
Bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Departamentin verdiyi məlumata görə, Marko Rubio Hakan Fidanla regionda təhlükəsizlik və sabitlik üçün İran və onun tərəfindən idarə olunan qruplardan gələn təhlükələri müzakirə edib. Onlar terrorizmlə mübarizə sahəsində əməkdaşlığın və NATO-nun gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər,” – deyə bəyanatda qeyd olunur.