ABŞ-ın Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Benz bəyan edib ki, Gürcüstanda “xarici təsir qanunu”na qarşı keçirilən aksiyalar Amerika tərəfi, xüsusilə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilirdi
Kibertəhlükəsizlik üzrə ekspert və ABŞ-ın Dövlət Departamentinin keçmiş əməkdaşı 2024-cü ilin may ayında Gürcüstanda “xarici təsir qanunu” ilə bağlı keçirilən etiraz aksiyalarından danışıb.
Onun sözlərinə görə, aksiya iştirakçıları USAID tərəfindən maliyyələşdirilirdi.
“ Küçələrə çıxan insanlar bizim təsir düyünlərimizdir. Onlar USAID-in maaş siyahısındadırlar. Onlar ABŞ-ın Dövlət Departamentinin maaş siyahısındadırlar, Milli Demokratiya Fondunun maaş siyahısındadırlar və biz onları küçəyə çıxardıq ki, Gürcüstan cəmiyyətinə onların bizim tərəfimizdən maliyyələşdirildiyini açıqlayacaq qanunun qarşısını alsınlar.
Qanunvericilik maliyyəsinin 20 faizindən çoxunu xarici mənbələrdən alan qeyri-hökumət təşkilatları və media qurumlarını açıq şəkildə “xarici qüvvənin maraqlarına xidmət edən təşkilatlar” kimi qeydiyyatdan keçməyə məcbur edir. Doğrudanmı bu, eşitdiyiniz ən məntiqli qanun deyil?” – deyə Mayk Benz bildirib.
Onun sözlərinə görə, hazırda Avropada da xarici agentlər haqqında qanunun qəbul edilməsi tələb olunur ki, Avropa nəhayət anlasın – ABŞ hökuməti onların ölkələrində qeyri-hökumət təşkilatlarını gizli şəkildə maliyyələşdirirmi, necə ki, bunu əvvəllər, yüz il ərzində edib.
Dövlət Departamentinin keçmiş əməkdaşı həmçinin qeyd edib ki, ABŞ “ikili standartlar” tətbiq edir. Belə ki, ölkədə onilliklərdir Xarici Agentlərin Qeydiyyatı Aktı qüvvədədir, lakin Vaşinqton digər ölkələrə oxşar qanunvericiliyin qəbulunu qadağan edir, çünki həmin ölkələrdə gedən siyasi proseslərə təsir göstərmək istəyir.