ABŞ-ın Birləşmiş Qərargah Rəhbəri bildirib: “Əlavə itkilərin olacağını gözləyirik və həmişəki kimi, itkiləri minimuma endirmək üçün çalışacağıq.”
ABŞ-ın Birləşmiş Qərargah Rəhbəri Den Kein bildirib: “Biz əlavə itkilərin olacağını gözləyirik və həmişəki kimi ABŞ itkilərinin minimuma endirilməsi üçün çalışacağıq.”
Kein həmçinin təsdiqləyib ki, son günlərdə İran əleyhinə həyata keçirilən bombardmanlar zamanı dörd Amerika hərbçisi həlak olub.
Onun sözlərinə görə, ABŞ İran əməliyyatları zamanı “əlavə itkilər” gözləyir.
“Bu, bir gecəlik əməliyyat deyil. Məqsədlərə çatmaq müəyyən vaxt tələb edəcək və bəzi hallarda bu, çətin və zəhmətli iş olacaq. Həmişə olduğu kimi, əlavə itkiləri gözləyirik. Biz ABŞ itkilərinin minimuma endirilməsi üzərində çalışacağıq. Bu əməliyyat ABŞ tərəfindən aylar, bəzi hallarda illər ərzində planlaşdırılmış fəaliyyətin kulminasiyasıdır”, – deyə o bildirib.