ABŞ-ın ATƏT-dəki nümayəndəliyi - biz Gürcüstanın regionlarının Rusiya tərəfindən davam edən işğalını pisləyir, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik
ABŞ-ın ATƏT-dəki nümayəndəliyi Gürcüstanın regionlarının Rusiya tərəfindən işğalını pisləyir.
“Biz Gürcüstanın regionlarının – Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən davam edən işğalını pisləyirik. Rusiyanın bu rayonları işğal etməsi, eləcə də Ukraynaya qarşı təcavüzkar müharibəsi onun beynəlxalq öhdəliklərini pozur və ATƏT qarşısında götürdüyü öhdəliklərə ziddir. Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik”, – bəyanatda deyilir.