ABŞ-ın 2020-ci ilin büdcəsi layihəsində Rusiyanın zərərli təsirləri və dezinformasiyasına qarşı mübarizə üçün 661 milyon dollar nəzərdə tutulub
ABŞ prezidenti, Donald Trampın 2020-ci ilin büdcəsi layihəsi Dövlət Departamenti və USAID üçün 40 milyon dolların ayrılmasını nəzərdə tutur.
ABŞ Dövlət Departamentinin bəyanatına görə, 2020-ci ilin büdcəsi layihəsi, strateji partnyorların dəstəklənməsini nəzərdə tutur. İdarənin rəsmi vebsəhifəsində dərc olunan məlumata əsasən Avropa, Avrasiya və Mərkəzi Asiyada Rusiyanın zərərli təsirləri və dezinformasiyasına qarşı mübarizə üçün 661 milyon dolların xərclənməsi planlaşdırılıb. Vəsait ABŞ müttəfiqlərinin təhlükəsizliyinin gücləndirilməsinə, ərazi bütövlüyünün müdafiəsinə xərclənəcək.
Bundan başqa Donald Trampın büdcəsi layihəsində Venesuallada hakimiyyətin təhvil verilməsini dəstəkləmə nəzərdə tutulub.