ABŞ ilə bağlanmış razılaşma əsasında, Honduras və Uqanda Birləşmiş Ştatlardan deportasiya olunmuş xarici ölkə vətəndaşlarını qəbul edəcəklər
ABŞ ilə bağlanmış razılaşma əsasında, Honduras və Uqanda Birləşmiş Ştatlardan deportasiya olunmuş xarici ölkə vətəndaşlarını qəbul edəcəklər

 

ABŞ Honduras və Uqanda ilə miqrasiya razılaşmasına nail olub. Honduras və Uqanda ABŞ-dan deportasiya edilmiş xarici ölkə vətəndaşlarını qəbul etməyə razılıq veriblər. Bu barədə məlumatı “BBC” yayır.

Razılaşmaya əsasən, Uqanda ABŞ-Meksika sərhədində sığınacaq tələb edən afrikalı və asiyalı miqrantları qəbul etməyə razılaşıb. Ölkənin nə qədər miqrant qəbul edəcəyi bilinmir. Bununla yanaşı, Uqanda yalnız cinayət keçmişi olmayan şəxsləri qəbul edəcək.

Honduras isə ABŞ-dan deportasiya edilmiş, əslən ispandilli ölkələrdən olan bir neçə yüz miqrantı qəbul etməyə razılaşıb.

Qeyd olunmuş razılaşma Tramp administrasiyasının immiqrasiya siyasətinin bir hissəsidir. Belə ki, artıq təxminən 10 ölkə ABŞ-dan deportasiya edilən digər ölkələrin vətəndaşlarını qəbul etməyə razılıq verib.