ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb
ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb

 

ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb. Senat hökumətin “şatdaun”unu aradan qaldırmaq üçün maliyyələşdirmə qanun layihəsini dəstəkləməyib.

Senatda 55 senator ABŞ federal hökumətinin maliyyələşdirmə qanun layihəsini dəstəkləyib, ən azı isə 60 səs lazım idi.

“Reuters”in yazdığı kimi, bu, ABŞ hökumətinin hamısı olmasa da, bəzi xidmətlərini dayandıra bilər.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, “şatdaun” halında, daha çox federal dövlət qulluqçusunu işdən çıxaracaq.

“Onların çoxunu işdən çıxaracağam, onlar demokrat olacaqlar” – Tramp bildirib.

“Reuters”in yazdığı kimi, 1981-ci ildən bəri Konqres hökumətin fəaliyyətini 15 dəfə dayandırıb. Sonuncu “şatdaun” 2018-2019-cu illərdə 35 gün davam etdi və bu, ABŞ iqtisadiyyatına üç milyard dollara başa gəldi.