ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki 8 nəfərin hamısı həlak olub
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress tipli bombardmançı təyyarənin Kaliforniyada qəzaya uğraması nəticəsində göyərtədəki 8 nəfərin hamısı həlak olub.
Bombardmançı təyyarə Kaliforniya ştatında Edvards hava bazası yaxınlığında, havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb və alovlanıb.
Rəsmi şəxslərin bəyanatına əsasən, bombardmançı təyyarə radarın modernləşdirilməsi proqramı çərçivəsində sınaq uçuşu həyata keçirirmiş.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Hərbi Hava Qüvvələri araşdırmaya başlayıb. Onlar ilkin nəticələrin təxminən 30 gün ərzində məlum olacağını bildiriblər.
B-52 Stratofortress tipli bombardmançı təyyarələr ABŞ ordusunda 1950-ci illərdən bəri istifadə olunur. O, uzaq mənzilli strateji bombardmançı təyyarə növüdür.