ABŞ hərbi aviasiyası tərəfindən Yəmənin bombalanması nəticəsində qurbanların sayı 58-ə yüksəlib

15:22, 18.04.2025

 

ABŞ hərbi aviasiyası tərəfindən Yəmənin bombalanması nəticəsində qurbanların sayı 58-ə yüksəlib.

Yerli medianın məlumatında Ras İsa limanına hücum nəticəsində 126 nəfərin yaralandığı deyilir.

Yəməndə yanacaq limanına edilən hücum, Vaşinqtonun son bir ay ərzində ən böyük itkilərə səbəb olan əməliyyatıdır.

2016-cı ildən etibarən Ras İsa limanı Yəmənin qərb sahilində ən strateji neft limanıdır.

ABŞ Mərkəzi Komandanlığı yəmənli “Husi”ləri hərbi əməliyyatlar üçün Ras İsanın yanacağını istifadə etməkdə günahlandırıb və idxal gəlirlərini mənimsəyərək iqtisadi fayda əldə etdiklərini bəyan edib.

Oxşar