ABŞ hakimiyyəti Quantanamo həbsxanasından 11 yəmənli məhbusu azad edib
ABŞ hakimiyyəti Quantanamo həbsxanasından 11 məhbusu azad edib. Söhbət yəmənli məhbuslardan gedir.
Pentaqonda bəyan etdikləri kimi, onları Yəmənin qonşusu Omana təhvil verəcəklər.
11 yəmənli demək olar ki, 20 ildir barələrində heç bir ittiham təqdim olunmadan həbsdədir. Hazırda Quantanamoda 11 sentyabr teraktını təşkil etdiyi iddia edilən Xalid Şeyx Muhamed də daxil olmaqla 15 məhbus qalır.